Araz çayında batan şəxsin kimliyi məlum olub. SİA-nın məlumatına görə, Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində batan şəxsin 2008-ci il təvəllüdlü Süleyman Cahangirlidir.
Hazırda onun axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.