Araz çayında bir nəfər batıb, axtarış aparılır

14 İyul 2025 16:26 (UTC+04:00)

Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində bir nəfər batıb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata əsasən, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.