Ağdərədə 31 yaşlı kişini cərəyan vuraraq öldürüb

14 İyul 2025 13:52 (UTC+04:00)

Kəlbəcər rayon sakinini cərəyan vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə Ağdərə rayonunun Dovşanlı kəndində baş verib. 1994-cü il təvəllüdlü Kəlbəcər rayon Təkəqaya kənd sakinini kənd ərazisində cərəyan vurub.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.