XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan badmintonçuları açıqlanıb

14 İyul 2025 13:29 (UTC+04:00)

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək badmintonçular müəyyənləşib. SİA xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

EYOF-da Əli Gözəlov və Viktoriya Kumanyayeva mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış iyulun 22–26-sı aralığında keçiriləcək.