Keçən il 5 mindən çox subbakalavr ali məktəbə imtahansız qəbul olub

14 İyul 2025 11:52 (UTC+04:00)

Keçən il 5 mindən çox subbakalavr (kollec məzunu) ali məktəbə imtahansız qəbul olub. SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, müəyyən ixtisasların V qrupa daxil edilməsi təklif edilsə də, aidiyyəti üzrə qəbul edilmədi:

“İstədik ki, onlar da attestat balı ilə ali məktəblərə qəbul olsun, amma bu layihə həyata keçmədi. Bu, sadəcə müzakirə mövzusu kimi qalır”.