ABŞ-da ikiqat atışma baş verib - 3 ölü, 3 yaralı

14 İyul 2025 10:29 (UTC+04:00)

ABŞ-ın Kentukki ştatında Leksinqtonda ikiqat atışma baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Blue Grass hava limanı yaxınlığında dayanan şəxs atəş açıb və polis əməkdaşını yaralayıb.

Hücum edən şəxs hadisə yerindən qaçaraq bir avtomobil oğurlayıb və Richmond Road Baptist kilsəsinə təxminən 10 mil (16 kilometr) sürüb. Hücumçu kilsənin həyətinə atəş açıb, iki qadını öldürüb, iki kişini yaralayıb. Polis oğurlanmış avtomobilin yerini müəyyən edib və kilsəyə gəlib və hücumçunu orada öldürüb.

Leksinqton polis rəisi Lourens Uezers keçirdiyi mətbuat konfransında hadisə ilə bağlı son açıqlama verib. Hücum edənin kimliyi açıqlanmasa da, Uezers hadisənin motivinin hələ də aydın olmadığını bildirib. Polis rəisi hücumçunun kilsədə bəzi insanlarla tanış ola biləcəyinə dair işarələrin olduğunu deyib. Leksinqton polisi hücumçunun ölümü ilə bağlı daxili təhqiqatın başladığını açıqlayıb.