Şirvanda keçmiş məhkum narkotiklə bağlı tutulub - FOTO

14 İyul 2025 10:09 (UTC+04:00)

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Vladimir Zubkov saxlanılıb. Bu barədə SİA-ya DİN-in Mətbuat xidmətindən məlumat verilib. Ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.