Azərbaycan boksçusu Portuqaliyada qızıl medal qazanıb

14 İyul 2025 09:46 (UTC+04:00)

Azərbaycan boksçusu Abbasqulu Şadlinski (75 kq) Portuqaliyada qızıl medal qazanıb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, milli üzvü Braqada keçirilən beynəlxalq turnirin qalibi olub.

Şadlinski yarımfinalda Françisko Silvanı (Portuqaliya) mübarizədən kənarlaşdırıb.

O, finalda isə bəhreynli Hassan Camşirlə döyüşüb və qələbə qazanıb.