Qızmar diskomfort hava olacaq - Açıq havada qalmayın

14 İyul 2025 08:16 (UTC+04:00)

Azərbaycanda tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 14-də Abşeron yarımadasında durğun və qızmar diskomfort hava şəraiti gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir. Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.