Milli UFO Hesabat Mərkəzi (NUFORC) 2025-ci ilin birinci yarısının statistikasını açıqlayıb.
Mərkəzin məlumatına görə, amerikalılar 2,2 mindən çox naməlum uçan obyektlərin görünməsi halını qeydə alıblar.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, təşkilatın məlumatına görə, təkcə iyulun ilk həftəsində UFO müşahidəsi ilə bağlı 87 məlumat daxil olub.
Ən çox müraciət yanvar ayında qeydə alınıb – 560 dəfədən çox.
2025-ci ilin ilk altı ayında mesajların sayı son iki ilin eyni dövrünün rəqəmlərini üstələyib.
Bundan əvvəl “NewsNation” telekanalı və “Decision Desk HQ” portalının sorğusu göstərib ki, ABŞ sakinlərinin 40 faizdən çoxu hökumətin UNO-ların mövcudluğu ilə bağlı məlumatları gizlətdiyinə inanır.
Əli Babayev