Sabirabadda traktor yanıb

13 İyul 2025 16:25 (UTC+04:00)

Sabirabad şəhərində "БЕЛАРУСЬ" markalı traktorun qoşqusuna yığılan 2 ton ot bağlaması, 2 ədəd təkəri və yaxınlıqdan keçən elektrik kabeli 3 paq.m yanıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Traktor, qoşqu və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.