Göygöldə qadını elektrik cərəyanı vurub

13 İyul 2025 16:50 (UTC+04:00)

Göygöldə qadını elektrik cərəyanı vurub. SİA-nın məlumatına görə, hadisə rayonun ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1974-cü il təvəllüdlü Ş.Verdiyevanı yaşadığı evdə elektrik cərəyanı vurub. Bu zaman elektrik cərəyanı qadını yerə atıb. Nəticədə qadının qolu sınıb, qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.