Alsu plastik əməliyyat haqqında düşündüyünü etiraf edib...

13 İyul 2025 22:14 (UTC+04:00)

...Soçidə Leonid Aqutinin Ailə Təhsil Forumunun qonağı olan Alsu, “Rusiya radiosunun ulduzları” qala-konsertində “Mən səni sevəcəyəm” mahnısını ifa edib.

Pərdə arxasında məşhur qonaqlar mətbuatla əlaqə saxlayıb. Alsuya bu qədər gənc görünməyi necə bacardığı ilə bağlı çoxlu suallar verilib.

Dediyinə görə, o, kosmetik prosedurlar və ciddi rejim sayəsində qüsursuz görünüşünü saxlayır - əməliyyatın bununla heç bir əlaqəsi yoxdur.

...İnsanlar dedi-qoduya, müzakirələrə maraq göstərirlər. İnsan yaxşı görünəndə dərhal fikir yaranır: "O, yəqin ki, nəsə edib". Gəlin onun nə əməliyyat etdiyini anlayaq!” – müğənni qeyd edib.

Bununla belə, o, plastik əməliyyatı qətiyyən inkar etmir - əksinə, ulduz artıq bu barədə düşündüyünü etiraf edib.

...Niyə də olmasın. Mən də gözəlliyi qorumaq üçün edəcəm. Bunlar daha uzun müddət formada qalmaq üçün qabaqlayıcı tədbirlərdir. Mənim peşəm məndən gözəl görünməyi tələb edir, - deyə ifaçı bildirib.

Qeyd edək ki, iyunun 27-də Alsu ad gününü qeyd etdi. Sənətçinin 42 yaşı tamam oldu.

Nazlı Almuradova