XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan gimnastları bəlli olub

13 İyul 2025 13:25 (UTC+04:00)

Şimali Makedoniyanın paytaxtı Skopyedəki XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib. SİA xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

EYOF-da Leyla Məmmədzadə, Rafael Həsənov, Albina Əliyeva və Aynaz Məcidzadə mübarizə aparacaq.

Qeyd edək ki, yarış iyulun 22–26-sı aralığında keçiriləcək.