Braziliyalı məşhur futbolçu karyerasını Qətərdə davam etdirəcək

13 İyul 2025 14:50 (UTC+04:00)

İngiltərənin "Liverpul" klubunun sabiq futbolçusu Roberto Firmino karyerasını Qətərdə davam etdirəcək. SİA xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

33 yaşlı hücumçu "Əl-Sədd"də çıxış edəcək.

Qeyd edək ki, braziliyalı forvard 2023-cü ildən Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasının formasını geyinib. O, 65 matçda 21 qol bə 17 məhsuldar ötürmə ilə yadda qalıb.