Almaniyalı futbolçunun "Bavariya"ya keçidi baş tutmayıb

13 İyul 2025 12:35 (UTC+04:00)

Almaniyanın "Ştutqart" klubunda çıxış edən futbolçu Nik Voltemadın "Bavariya"ya keçidi baş tutmaylb. SİA xəbər verir ki, bu barədə ölkənin "Bild" nəşri məlumat yayıb.

Bundesliqa təmsilçisi 23 yaşlı hücumçunu 40+5 milyon avroya satmaqdan imtina edib. "Ştutqart" alman oyunçunun transferindən azı 80 milyon avro qazanmaq niyyətindədir.

Qeyd edək ki, Voltemad 2024/2025 mövsümündə bütün turnirlərdə 33 oyuna 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.