Klublararası dünya çempionatının qalibi bəlli olur

13 İyul 2025 09:10 (UTC+04:00)

ABŞ-də keçirilən klublararası dünya çempionatının qalibi bəlli olacaq. SİA-nın məlumatına görə, final oyununda Fransanın PSJ klubu İngiltərə təmsilçisi "Çelsi" ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, PSJ 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, "Çelsi" isə Konfrans Liqasının qalibi olub.