JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:16 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Cennifer Lopez konsert üçün getdiyi Antalyada mağara temalı otaqda qalacaq. SİA Tükiyə mətbuatına istinadən xəbər verir ki, dünya ulduzunun bəzi istəklərinin siyahısı məlum olub. Belə ki, Lopes ən az 2500 kvadrat özəl otaq, 14 nəfər üçün nəzərdə tutulmuş lyuks otaqlar, 6 ayrı soyunub-geyinmə otağı, hovuz, bar, sauna, özəl kinoteatr və kaminin olmasını tələb edib.