“Fənərbağça” ingiltərəli futbolçunu transfer edib

13 İyul 2025 03:10 (UTC+04:00)

Türkiyənin “Fənərbağça” komandası heyətinə yeni futbolçu cəlb edib. SİA klubun rəsmi saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Arçi Braunun transferini rəsmiləşdirib.

İyirmi üç yaşlı ingilis müdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb.