Premyer Liqaya yüksələn klub braziliyalı futbolçusunu saxlayıb

12 İyul 2025 20:02 (UTC+04:00)

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” heyət çalışmalarını davam etdirir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bölgə təmsilçisi Dioqo Vasques Rollo ilə yeni müqavilə imzalayıb.

Braziliyalı oyunçu növbəti iki ildə komandada çıxış edəcək.