Şənbə günü, iyulun 12-də Moskvada istilər 122 illik rekordu qırıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, “İnterfaks” bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfanda istinadən məlumat yayıb.
Agentliyin həmsöhbəti qeyd edib ki, 1903-cü ildə havanın temperaturu 34,5 dərəcə olub.
Saat 15:00-da isə 34,6 dərəcəyə qalxaraq rekordu üstələyib. Vilfand əlavə edib ki, “...Bu, həddindən artıq temperaturun xüsusiyyətidir”.
Bundan əvvəl Hidrometeorologiya Mərkəzinin elmi direktoru bildirmişdi ki, yaxın günlərdə misli görünməmiş istilər daha da mülayimləşəcək. O, havanın temperaturunun iyulun 14-ü bazar ertəsi düşəcəyini proqnozlaşdırır.
Nazlı Almuradova