Ukraynada Zelenskinin uşaqlığı bir cümlə ilə təsvir edilib..?

12 İyul 2025 17:45 (UTC+04:00)

Ukrayna prezidenti Vladimir Zelenski uşaqlıqda boyu qısa olduğuna görə tez-tez döyülürdü.

SİA-xəbər verir ki, bu barədə Ali Radadakı Xalqın qulluqçusu fraksiyasının rəhbəri David Araxamia BBC-yə müsahibəsində danışıb.

...Zelenski mənə dedi ki, Krivoy Roqda qısa boylu yəhudi kimi böyüyüb. Bura isə çox sənaye şəhəridir. Mən bildiyimə görə, uşaq ikən onu çox döyüblər.

Araxamianın sözlərinə görə, Ukrayna lideri həmişə deyirdi: “Kimin vəzifədə olduğunu tapın, onun üzünə yumruq vurun, sonra qalanlar başa düşəcəklər ki, sən iş görməyə dəyər adamsan”.

Bundan əvvəl Zelenski vəzifəsində uzun müddət qalmağı planlaşdırmadığını bildirib.

...Mən 30 və ya 35 il prezident olmayacağam.

Əli Babayev