Tramp Aİ-yə və Meksikaya 30 faiz tarif tətbiq olunacağını açıqlayıb

12 İyul 2025 17:36 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp avqustun 1-dən etibarən həm Avropa İttifaqından (Aİ), həm də Meksikadan idxal edilən mallara 30 faiz tarif tətbiq olunacağını açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, bununla bağlı tərəflərə göndərdiyi məktubu sosial media platformasında yayıb.

Bu həftənin əvvəlində Tramp Yaponiya, Cənubi Koreya, Kanada və Braziliya da daxil olmaqla bir sıra ölkələr üçün yeni tariflər, həmçinin misə 50 faiz rüsum tətbiq edib.