İtaliyanın “Ndranqeta” mafiya qrupunun Latın Amerikası qolunun lideri, Pepe kimi tanınan Cüzeppe Palermo Kolumbiyada saxlanılıb. SİA xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro bildirib. "2025-ci il iyulun 11-də Kolumbiya Milli Polisi Britaniya, İtaliya və “Avropol” səlahiyyətlilərinin beynəlxalq əməliyyatı çərçivəsində Boqotada Pepe kimi tanınan Cüzeppe Palermonu həbs etdi",- Petro deyib. Onun sözlərinə görə, Pepe Kolumbiya, Ekvador və Perudan Avropaya kokain ticarətinin koordinatorudur və beynəlxalq narkotik ticarətinə görə 196 ölkədə axtarışdadır.