"Traktor" klubu xorvatiyalı futbolçu transfer edib

12 İyul 2025 16:23 (UTC+04:00)

İran çempionatının son qalibi "Traktor" klubu xorvatiyalı futbolçu transfer edib. SİA Təbriz klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tibor Haliloviçlə iki illik müqavilə imzalanıb.

30 yaşlı yarımmüdafiəçi, müdafiədə də oynamaq bacarığına sahibdir.

Qeyd edək ki, "Dinamo"nun (Zaqreb) yetirməsi olan T.Haliloviç daha öncə Xorvatiyanın "Lokomotiva", "Riyeka", və "Qoritsa", Poloşanın "Visla" və Niderlandın "Herenven" klublarında çıxış edib.