Azərbaycan klubu “Traktor”la oynayacaq

12 İyul 2025 13:20 (UTC+04:00)

Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Turan Tovuz”un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri məlum olub. SİA xəbər verir ki, komanda iyulun 29-da İran Pro Liqasının son çempionu "Traktor"la qarşılaşacaq. Təbriz təmsilçisi ilə baş tutacaq oyunun başlama saatı və məkanı haqda əlavə məlumat veriləcək.