Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Buxarestdə keçirilən Dünya Seriyasının ilk qrup oyununa çıxıb. SİA xəbər verir ki, yığma Sinqapur seçməsinə 22:10 hesabı ilə qalib gəlib.
Azərbaycan millisinin qrupdakı növbəti rəqibi Ukrayna komandası olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.