Beynəlxalq səyyahlar Cəbrayılda olublar - FOTOLAR

12 İyul 2025 11:00 (UTC+04:00)

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun nümayəndə heyəti Cəbrayıl şəhərində olub. SİA-nın verdiyi məlumata görə, səfər iştirakçılarına şəhərdə erməni işğalından azad edildikdən sonra aparılan bərpa və tikinti işlərinin gedişi barədə məlumat verilib. Səyyahlar yeni şəhər infrastrukturunun yaradılması layihələri ilə tanış olublar və regionun transformasiyasının miqyası ilə maraqlanıblar.