“Arsenal”ın 30 yaşlı cinah oyunçusu Leandro Trossard “Fənərbax]a” klubuna keçməyə razılıq verib. SİA xəbər verir ki belçikalı futbolçu Türkiyə nəhənginin baş məşqçisi Joze Mourinyo ilə şəxsi söhbətdən sonra “topçular”ı tərk etməyə qərar verib. Trossardın “Arsenal”la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. O, 2023-cü ilin qışında “Brayton”dan transfer olunmuşdu. Bu müddətdə London klubunun heyətində 124 oyuna çıxıb, 28 qol vurub və 23 məhsuldar ötürmə verib.
Qeyd olunur ki, “Arsenal” onun yerinə artıq başqa bir London klubunun tanınmış cinah oyunçusunun transferi ilə bağlı razılıq əldə edib.