Corc Kluninin Fransadakı malikanəsi yandı

12 İyul 2025 07:28 (UTC+04:00)

Amerikalı aktyor Corc Kluninin Fransadakı malikanəsində yanğın baş verib. SİA xəbər verir ki, bu barədə Fransanın "BFMTV" nəşri məlumat yayıb. "Cümə günü, iyulun 11-də amerikalı aktyor Corc Kluninin Briqnolesdə yerləşən mülkündə yanğın baş verib", - məlumatda deyilir. Yanğının təxminən 300 kvadratmetr sahəni əhatə etdiyi bildirilir. Yanğınsöndürənlərin çevik tədbirləri nəticəsində bir saat ərzində yanğın tamamilə söndürülüb.