“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 02:47 (UTC+04:00)

Moskva “Dinamo”su Bəxtiyor Zaynutdinovun transferini nəzərdən keçirib. SİA xəbər verir ki, “RB Sport”un məlumatına görə, “ağ-göylər” sol cinah müdafiəçisi üçün “Beşiktaş”a 2 milyon avro təklif ediblər. Lakin bu məbləğ Türkiyə klubunu qane etməyib. “Beşiktaş”ın Zaynutdinov üçün 4 milyon avrodan başlayan təklifləri nəzərdən keçirməyə hazır olduğu iddia edilir . Daha əvvəl qazaxıstanlı futbolçu ilə “Spartak”ın maraqlandığı bildirilirdi.