"Formula-3"ün ən gənc pilotu atasını öldürdü

12 İyul 2025 03:40 (UTC+04:00)

Formula 3 yarışlarının ən gənc pilotu, 23 yaşlı ispaniyalı Antolin Qonsales 56 yaşlı atasının öldürməkdə şübhəli bilinərək ölkəsində saxlanılıb. SİA xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Məqalədə cinayətin iyulun 5-də törədildiyi bildirilir. Ata Qonsalesin boyun nahiyəsindən bıçaq yarası aşkar edilib. Onun oğlu Aranda de Duero şəhərində qətl törətməkdə ittiham edilərək həbs edilib.

Münaqişəni Qonsales keçmiş arvadı və yarışçının anası görüb və təcili xidmətə zəng edib. Antolin ən gənc Formula 3 sürücüsü kimi tarixə düşüb. O, “Dravix” komandasında 13 yaşından seriyada debüt edib. Kiçik Qonsales Formula 4 üzrə İtaliya çempionu olub. O, karyerasını 2018-ci ildə başa vurub.