"Beşiktaş" Orkun Kökçü üçün "Benfika" ilə danışıqlara başlayıb

12 İyul 2025 05:04 (UTC+04:00)

Türkiyənin "Beşiktaş" klubu Orkun Kökçünün transferi üçün Portuqaliya "Benfika"sı ilə danışıqlara başlayıb. SİA xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi bir il icarə əsasında "qara qartallar"ın formasını geyinəcək. Orkun Kökçü 2023-cü ildən "Benfika"da çıxış edir.