“Görəcəksən bundan sonra nə olacaq”: Tramp Kremlə cavab vəd edib...

12 İyul 2025 00:34 (UTC+04:00)

...ABŞ prezidenti Donald Tramp iyulun 11-i səhər saatlarında Rusiyanın “Şahed”in Xarkovdakı doğum evinə endirdiyi zərbəyə cavab verib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə o, Texas ştatına səfərindən əvvəl keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

Tramp müxbirin Rusiyanın Ukraynaya bugünkü hücumuna münasibəti ilə bağlı sualını cavablandırıb.

...Mən hücum haqqında bilirəm. Bundan sonra nə olacağını görəcəksiniz.

Bunu Tramp deyib.

Xatırladaq ki, iyulun 11-də səhər saat 5:30 radələrində Rusiya hərbçiləri pilotsuz uçuş aparatlarından - ilkin olaraq Geran-2 tipli təyyarələrdən istifadə etməklə Xarkov şəhərinin Saltovski rayonuna hücum ediblər.

...Orada doğum evi var.

...Bir körpə də daxil olmaqla 9 nəfər yaralanıb.

Əli Babayev