"Karvan" Araz Abdullayevi heyətinə qatıb

11 İyul 2025 15:18 (UTC+04:00)

"Karvan" növbəti transferini reallaşdırıb. SİA xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisinin sabiq üzvü Araz Abdullayev ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Karvan" 2024/2025 mövsümündə I Liqada üçüncü yeri tutaraq Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.