Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib

11 İyul 2025 15:01 (UTC+04:00)

Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Ağdam şəhərindəki “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi büdcədən maliyyələşdirilən qurumlar siyahısına daxil edilib.