Türk aktrisa Hande Erçel sevgini həyatının mərkəzinə qoyduğunu bildirərək ürəkdən açıqlama verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, sevdiyi hər kəsə dərin sevgi ifadə edən Erçelin sözləri sosial mediada geniş əks-səda doğurub.
Hande Erçel qatıldığı bir proqramla bağlı səmimi açıqlamaları ilə növbəti dəfə manşetlərə düşüb. Sevginin həyatındakı əhəmiyyətindən danışan Erçel hisslərini dilə gətirib. Sevgiyə baxışını səmimi şəkildə paylaşan Erçel deyib: "Mən dərindən, dərindən aşiqəm. Məsələn, Maviyə aşiqəm. Üç itim, üç uşağım var, onlara da çox aşiqəm. Dostlarıma da çox aşiqəm. Münasibətimdə sevdiyim insana çox aşiqəm. Sevgi mənim yaşaya biləcəyim ən yüksək duyğu kimi hissdir. O, hər şeyi əhatə edir. O, bütün duyğuları üstələyir. Bu, mənim yaşaya biləcəyim, məni ən dolğun hiss etdirən, sinəmi şişirdən, ürəyimi bulandıran bir şeydir".
Aktrisa Hande Erçelin bu sözləri pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb və qısa zamanda sosial mediada trendə çevrilib.