ANAMA işə qəbul elan edir

11 İyul 2025 11:52 (UTC+04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə yerləşən mobil bazalarında (Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Laçın rayonları və Xankəndi şəhəri üzrə) qabyuyan, bağban, elektrik-texniki təmir işləri üzrə mütəxəssis, avtobus sürücüsü vəzifələri və Horadiz regional əməliyyat mərkəzində vulkanizatorçu vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir. Agentliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həmin vəzifələrdə çalışacaq işçilərin səmərəli fəaliyyətinə görə rüblük mükafatların verilməsi nəzərdə tutulur.

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir.

∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

∙ şəxsiyyət vəsiqəsinin surəti; ∙ təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);

∙ əmək kitabçasının surəti (olduğu halda). Sənəd qəbulu avqustun 31-dək həyata keçiriləcək. Seçim zamanı işğaldan azad edilmiş ərazilərdən məcburi köçkün olan şəxslərin və baza şəraitində yaşaya biləcək vətəndaşların namizədliyinə üstünlük veriləcək.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət etmək olar.