DOST mərkəzlərində 436 min vətəndaşa xidmət göstərilib

11 İyul 2025 11:50 (UTC+04:00)

Bu ilin birinci yarımilində DOST mərkəzlərində 436 min vətəndaşa xidmət göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, 2019-cu ilin may ayından indiyədək ölkəmizdə 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açılıb.

Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən müasir, çevik, şəffaf mexanizmlərlə vətəndaş məmnunluğuna uyğun təqdim edilir.

DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,5 faizdir.