Edin Cekonun karyerasını davam etdirəcəyi klub müəyyənləşib

11 İyul 2025 10:08 (UTC+04:00)

“Fənərbaxça” ilə yollarını ayıran Edin Cekonun karyerasını davam etdirəcəyi klub müəyyənləşib. SİA xəbər verir ki, 39 yaşlı bosniyalı hücumçu “Fiorentina”ya transfer olub. Bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Təcrübəli forvardla bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ceko daha əvvəl İtaliyada “Roma” və “İnter” klublarının da formasını geyinib.