Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI

11 İyul 2025 08:32 (UTC+04:00)

Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;

5. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər);

6. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;

7. 1-ci Göl kənarı küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.