Hizbullahın artilleriya komandiri öldürüldü

11 İyul 2025 08:18 (UTC+04:00)

İsrail ordusunun Livana növbəti zərbəsi nəticəsində Hizbullahın hərbi qanadının artilleriya komandiri Məhəmməd Camal Murad öldürülüb. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, o, Livanın cənubundakı Əl-Mənsuri şəhəri yaxınlığında məhv edilib. Camal Muradın İsrailə çoxsaylı raket hücumlarına görə məsuliyyət daşıdığını qeyd edilib.