Biz üstün mübarizə apardıq.
SİA xəbər verir ki, bu sözləri Sloveniyanın "Selye" klubunun baş məşqçisi Albert Riera UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Bakıda "Sabah"a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis qələbəyə görə xoşbəxt olduğunu bildirib: "Meydandakı mübarizə göstərdi ki, biz güclü komandayıq. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşa bilərdi. Lakin son saniyədə vurduğumuz qolla qalib gəldik. İki qolu da fərdi səhvlərdən buraxdıq. Amma bu, normaldır. Məşhur fransalı veteran futbolçu Zidan, həmçinin mən də səhv edə bilərəm. Düşünürəm ki, heç nə həll olunmayıb. Cavab görüşünə arxayın çıxmayacağıq".
A.Riera oyun sonrası penaltilər seriyasına hazır olduqlarını söyləyib: "Biz komanda olaraq hər şeyə hazırıq. Lakin indi futbolçuların beyninə bunu salmaq istəmirik".
Qeyd edək ki, cavab qarşılaşması iyulun 17-də Sloveniyada təşkil olunacaq.