“Qarabağ” Redon Cica ilə yollarını ayırıb

10 İyul 2025 21:56 (UTC+04:00)

“Qarabağ” komandası futbolçusu Redon Cica ilə yollarını ayırıb.

SİA-xəbər verir ki, Ağdam təmsilçisindən verilən məlumata görə, oyunçu “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub. 26 yaşlı albaniyalı hücumçu Əlcəzair klubu ilə müqavilə imzalayıb.

2023-cü ilin yanvarından “Qarabağ”ın formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.