Zaxarova Lavrovla Vanq Yinin görüşündən fotonu nümayiş etdirib

10 İyul 2025 18:39 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrov və çinli həmkarı Vanq Yi arasında keçirilən görüşdən foto yayımlayıb.
SİA-nın məlumatına görə, yayımlanan fotoda nazirlərin əl sıxaraq gülümsədiyi görünür.

Bundan əlavə, Zaxarova fotoya “#VanLav” həştəqini əlavə edərək Çindən olan diplomatın adını da qeyd edib.

"Rusiya və Çin #OneLove" yazıb.

Bundan əvvəl Lavrov Çinin xarici işlər naziri Vanq İ ilə görüşüb.

Danışıqlar zamanı diplomatlar NATO-nun Asiya-Sakit okean regionunu hərbiləşdirmək planlarına qarşı çıxış ediblər.

Əli Babayev