"Tatu" qrupunun yenidən birləşməsi yersiz adlandırıldı...

10 İyul 2025 22:36 (UTC+04:00)

...Musiqi tənqidçisi Sergey Sosedov bildirib ki, “Tatu” qrupunun (t.A.T.u.) səhnəyə qayıtmasının mənası yoxdur. SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini İctimai Xəbərlər Xidməti yayıb.

Nəşrin mənbəsinin sözlərinə görə, məşhur duetin vaxtı çoxdan keçib, ona görə də indi Yuliya Volkova və Lena Katinanın yenidən birləşməsi yersiz olardı.

Tənqidçi qrupun yeni mahnılarına qulaq asmayacağını, köhnə hitləri ifa etmələrinin vulqar səslənəcəyini vurğulayıb.

...Tatu konsepti ondan ibarət idi ki, iki gənc qız qeyri-standart mahnılar oxuyur və gəncləri silkələyir. Onlar indi artıq necə "tatuajlı qızlar"dırlar,.. bağışlayın? Onların əlli yaşları var, onların hansı repertuarları ola bilər?

Sosedov sual edib.

Daha əvvəl məlum olmuşdu ki, tamaşa xatirinə yenidən bir araya gələn “Tatu” qrupunun solistləri LGBT-dən (LGBT beynəlxalq ictimai hərəkatı ekstremist kimi tanınıb və Rusiyada qadağan olunub) imtina edib və səhnədə öpüşməyəcək, qucaqlaşmayacaq və məsafə saxlamayacaqlarına söz veriblər.

İndi onların konsertləri üçün yaş reytinqi “10 plus”dır. Yeni qaydalara əməl olunmadığı təqdirdə sənətçilər cərimə ödəməyə hazırdırlar.

Nazlı Almuradova