“Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşib

10 İyul 2025 13:35 (UTC+04:00)

Azərbaycanın I Liqa təmsilçisi “Mingəçevir"in yeni baş məşqçisi müəyyənləşib. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda PRO kateqoriyalı mütəxəssis Ramiz Məmmədova tapşırılıb.

56 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ramiz Məmmədov bu postda Füzuli Məmmədovu əvəz edib.