Əcnəbi səyyahlar Şuşada Prezidentin Xüsusi Nümayəndəliyinin işi ilə tanış olublar

10 İyul 2025 11:56 (UTC+04:00)

MTP (“Most Traveled People”) Beynəlxalq Səyyahlar Klubunun üzvləri Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərində Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin yerləşdiyi inzibati binada olublar. SİA-nın məlumatına görə, səfər zamanı nümayəndə heyətinin üzvlərinə şəhərin bərpası mərhələləri haqqında ətraflı məlumat verilib.

Səyyahlar həmçinin Azərbaycanın görkəmli şəxsiyyətlərinin - şairə Xurşidbanu Natəvanın, bəstəkar Üzeyir Hacıbəylinin və müğənni Bülbülün büstləri ilə tanış olublar.