Kolleclərdə müəllim hazırlığı dayandırılıb

10 İyul 2025 11:25 (UTC+04:00)

Vaxtilə kolleclərdə aparılan müəllim hazırlığının mənfi nəticələri indi hiss edilir. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, müəllimlərin sertifikasiya imtahanlarının nəticələri vaxtilə kolleclərdə təhsil almış müəllimlərin nəticələrinin aşağı olduğunu göstərir:

“Bu səbəbdən kolleclərdə müəllim hazırlığı dayandırılıb. Amma qeyd etməliyik ki, kollec məzunları arasında yüksək nəticə göstərən müəllimlər də var. Onlar illər ərzində öz üzərində çalışan və peşəkarlığını artıran şəxslərdir”.