"Karvan" 5 futbolçusu ilə yolları ayırıb - FOTO

10 İyul 2025 10:58 (UTC+04:00)

"Karvan" 5 futbolçusu ilə yolları ayırıb. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur və Beqzod Xulikulov Yevlax təmsilçisini tərk edib.

Futbolçularla müddəti başa çatan müqavilə yenilənməyib.